четверг, 2 июня 2011 г.

Ehtiyacım Var




Gecələrin qaranlığında məni tək buraxmayan birinə ehtiyacım var.Gecənin səssizliyində mənlə danışan birinə.Pıçıltılara ehtiyacım var.Ulduzları saymaq üçün ikinci bir ələ ehtiyacı var əllərimin.Barmaqlara ehtiyacım var.

Ayrı qulaqlara ehtiyacım var.Səs küy eşitməyən,qiybət və söyüş eşitməyən qulaqlara ehtiyacım var.Hər gün eşitdiklərimdən məni xilas edə biləcək birinə ehtiyacım var.”Səni sevirəm” kəlməsinə ehtiyacı var qulaqlarımın.Və telefonun o biri tayından səslənəcək olan bir incə səsə ehtiyacım var.

Smslərə ehtiyacım var.Hər səsi gələndə məni hər işdən ayıracaq olan iki-üç cümləli sms-ə ehtiyacım var.

Telefonumun mesaj qutusu pas tutub artıq.Heç nə gəlmir son bir ildi.Barmaqlarım yorulmaq istiyir hərdən sms yazmaqdan.Gözlərim də qızarmaq istiyir eyni mesajı 100 dəfə oxumaqdan.Hər ikisi sənə möhtacdı.

Ayaqlarım bezib artıq.Hər gün ayaqqabı geyinməkdən və hər gün asfalta ayaq basmaqdan.Bakının yolları çox pisdi çox.Hər yer asfaltdı,hər yer daşdı.Ayaqlarım soyunmaq istiyir hərdən.Hərdən qaçmaq istiyirlər.Amma sərbəstcəsinə.Ayaqqıbısız.Və ayaqlarımın,dabanımın quma ehtiyacı var,suya ehtuyacı var.

Mimikamdan bezmişəm.İfadələrə ehtiyacım var.Qəmgin,xoşbəxt və hərdən də sevgilisindən ayrılanların ifadəsi kimi bir ifadəyə!

Ürəyim döyüntüsüzdmü elə bil.Döyüntülərə ehtiyacım var.Birini sevmək və hərdəmxəyal olmaq istiyirəm hərdən.

Gözlərə ehtiyacım var.Baxarkən məni içinə çəkən gözlərə.Məni sehirliyən gözlərə.Mənə güzgü olan gözlərə ehtiyacım var...

Şəms-Təbrizi misalı lazımsan mənə.Bilmirəm,bəlkə də tələsirəm sənə gəlməy üçün.

Və bəlkə də gecikmişəm sənin omaq üçün.Bəlkə də bezibsən məni gözləməkdən.Bəlkə də sən də mənim kimi bu dəqiqə haralardasa klaviaturanda bunları yazırsan,ya da şəkillərə baxırsan mənim kimi....

0 deyinmələr:

Отправить комментарий