Yenə yoldayam.
Yenə xəyal qururam,
Yenə səni axtarıram,
Gözümdə uzaqları yaxınlaşdıraraq
Sən əlimdən tut yenə,
Axşam olsun yenə,
Yenə o bağ.
Və sonu gəlməyən yay gecələri,
Bütün kainat boşalsın!
Ancaq mən və sən
Və ulduzların səmada rəqsi.
Sayaq yenə biz onları,
Arzulayaq boş sahili,həmin o tək daxmanı,
Dəli dalğalar və qaladığımız balaca ocaq.
Bir də gitara,ikimiz bir yerdə oxuyaq!
Oxuyaq öz sevgimizdən,
Ya da ki dizimdə yuxuya get sən...
Mən də saçlarında əllərimi,gözlərində gözlərimi itirəm.
Və uzun yol-hansı ki,mən gedirəm
Gözümü açıb görürəm ki arxa oturacaqda yenə sənsizəm.
Yazdıqlarım arzularımdı,amma səs-küy məni oyatdı,
Necə də gözəl idi hər şey,amma eybəcərləşdi
Və indi düşməliyəm,çünki artıq son dayanacaqdır!
0 deyinmələr:
Отправить комментарий