понедельник, 6 июня 2011 г.

Qəddar Qız!




Qəddar qız, daş məzara bitişib ölümlə,
Sənin yox idim içündə.
Məndə bitdün tək kövrək budaq kimi,
Ağlama ürəksiz, sən ki, məni sevirsən tək cahanda,
Mən ki, səni sevirəm qəddar qız  təbəssümsüz.
Çıxma, yox orada ayaq basma,
Dedim axı ağlama burdayam mən,
Çox yaxında, görmədiyin uzaqlıqda.
Dedim axı daş məzara batırır kol tikanlarıda, qəddar qız.

Sətirlərin anası sən olursan, atasıda mən.
Sən olmasan nəyə lazımdı beyin qapılarını açıqda saxlamaq?
Ya mən olmasam, necə vaqon olub qatar olacaq bu sözlər?
Altındakı dama-dama susqunluqdan yarada bildim reislərin.
Gözlər deyinir özünə, ha yuxarı qalxıb aşağı düşsədə,
Görə bilmir özünü.
Köməyini əsirgəmə, diqqət qus qəddar qız.

Başa vermək istəyirəm,
Ovucumun qırışlarına sürtərək.
Çəkəcəksən ardı var uzanan par-parıltının.
Sənin mənim qarşılıqlı tərbiyəsizliklərimiz var,
İstəyə qoyulan peçat şəkillərdə, deyinmələrdə.
Qulaqlar məsuliyyət yükü daşıyır ağıllarda.
Ağlım aksiya keçirir, beyinlərdə plakat,
Sözlər güzgüylə yazılıb şüarlarda:
Sən və Mən, Sən və Mən, Sən və Mən!
Durquzmasalardı yuxu mücərrədindən, qəddar qız!

0 deyinmələr:

Отправить комментарий