среда, 17 августа 2011 г.

Mən və SƏN

0 deyinmələr
Bu mən deyiləm...Bu sən deyilsən...Bu məndəki sənsən...Bu sənsən ruhum...Bu sənsən ...Bədənimin sənə dar gəldiyi ruhum...Bu sənsən...Bir qədəh ölüm şərabına susamış ,səhra küləkləri ilə içimdə azmış ruhum...Bu sənsən ...Bu sənsən.. Nifrət pilləkanları ilə dizüstə sevgiyə yüksəlməyə çabalayan ruhum...Bu sənsən...Bu sənsən... Şeytanla əl-ələ tanrılar qapısına qonaq gedən ruhum...Bu sənsən...Bu sənsən... Günah qandalları ilə tanrıların həbsxanasına məhkum olunan ruhum...Bu sənsən...Bu sənsən ...Ürək mənzilinin boş dörd otağında küncə sıxılıb, qalan ruhum...Bu sənsən...Bu sənsən ...Boş insanların içində yüz maskalı aktyor ruhum...Bu sənsən...Bu sənsən...Qaranlıq bədənimin sabahına şam kimi doğan ruhum...Bu sənsən...Bu sənsən...Okean böyüklüyündə həyatın dərinliyində tək qalmış balıq misalı ruhum...Bu sənsən ..Bu sənsən...Gözləri cəmiyyətin çirkabları ilə tutulub günəşə kor baxan ruhum...Bu sənsən...Bu sənsən...Sevgisi qürurun caynaqlarında boğulan ruhum...Bu sənsən...Bu sənsən...Azadlığı bir-iki sətir cümlə ilə olan, əsarət vərəqində müstəqillik edən ruhum...Bu sənsən...Bu sənsən..Həyatın qırıq-quruq, oynadılıb bir küncə atılmış küskün oyuncağı ruhum...Bu sənsən... Bu sənsən... Məni məndən yaxşı başa düşən, tək qalanda məndən qaçmayan tək sevgilim...Bu sənsən...Bu sənsən ...Ruhum...

четверг, 4 августа 2011 г.

Cəmiyyətə diss

0 deyinmələr
Hərdən uzaqlaşmaq istəyirəm , heç kimin olmadığı ,heç bir şeyin hətta məni hər kəsdən uzaqlaşdıran kitabların olmadığı yerə, elə bir yerə ki hətta özümün məni tapmadığı yerə....O yerə getmək istəyərdim ki ,sevgiyə görə qurban verilən canların olmadığı ya da sevib xeyanet görən insanların olmadığı yerə ya da ki sevib qarşılığını alan ve ya almayan ,qarşılıq gözləyən insanların olmadığı yerə , ya da ki sevməyib sevən kimi görünən insanların hətta "sevgi" sözünün qadağan olduğu bir yerə ...

Puldan uzaqlaşmaq istəyirəm ..Pulun olmadığı bir yerə getmək istəyərdim...Pula görə namusunu ,şərəfini satıb, "Lexsus", "İnfinity","Porsche" alan insanlardan uzaqlaşmaq istəyirəm..Pula görə qardaşın qardaşa düşmən olmadığı bir yerə getmək istəyirəm..Pula görə sənə hörmət eləyən insanlardan qaçmaq istəyirəm ...Pula görə sənə yaltaq olan saxta qardaşlardan ve sənə "sən qardaşsan "sözünü deyənlərdən uzaqlaşmaq istəyirəm..Uzaqlaşmaq istəyirəm heç nəyin qarşılığı olmadığı bir yerə, qarşılıqsız dünyaya..Sənin üzünə gülüb, arxanca "palaskatlayan " ikiüzlülərin olmadığı bir yerə getmək istəyirəm..

Dinsiz , kitabsız , ALLAhsız bir yerdə olmaq istəyirəm ..Dünənə qədər "qoluboy" , bu gün molla olub millətə ALLAHI, kitabı başa salan insanlardan uzaqlaşmaq istəyirəm..Dünənə qədər "ucuz fahişə"dən başqa bir şey olmayan və bu gün "ere getmək" üçün başın bağlıyıb ,adını təmizə çıxardan qızlardan və buna aldanan oğlanlardan uzaqlaşmaq istəyirəm ..

Sevgililərdən uzaqlaşmaq istəyirəm..."Nişan üzüyünü" sevgi adlandıranlardan uzaqlaşmaq istəyirəm ...."Bir qızılgüllə" sevgi sübut eləyənlərdən uzaqlaşmaq istəyirəm..Eskalatorlarda az qala bir-birilərini yeyən sevgillilərdən kənar gəzmək istəyirəm...

Gənclərdən uzaqlaşmaq istəyirəm..Başı boşluqdan uzaqlaşmaq istəyirəm...Olmayan gəncliyimizin "Gənclik günü"nü keçirən gənclərdən uzaqlaşmaq istəyirəm .."Gənclik"in ancaq metro olduğunu bilməyən gənclərdən uzaqlaşmaq istəyirəm..Azadlığı qəzetlərin siyasi xəbərlər bölməsində axtarıb, tapan gənclərdən uzaqlaşmaq istəyirəm..Həyatlarını idarə edə bilmiyib dövləti idarə etmək istəyən gənclərdən..Dərdlərini,problemlərini siqaret tüstüsündə boğduqlarını sanan gənclərdən uzaqlaşmaq istəyirəm ..Ancaq insancıqlarını düşünən gənclərdən geridə qalmaq istəyirəm ..Kişiliyi 19 ildir ki,ləkələnən ölkənin gənclərinin "kişi-Kişi"söhbətlərindən kənarda qalmaq istəyirəm ..

Özümdən uzaqlaşmaq istəyirəm..İnsanlara, həyata olan nifrətimi ürək divarlarından söküb atmaq istəyirəm ..Hər dəfə insanlara baxdıqca özümün də insan olduğundan özümə olan nifrətimi yox etmək istəyirəm..

Uzaqlaşmaq, sadəcə uzaqlaşmaq....Heç bir transportların olmadığı bir yolla..Nə blutuzla min oyundan çıxan insanların olduğu metro ilə, nə zəhlətökən dispetçerlərin olduğu marşrutlarla, nə də ki exlaqsız stüardessaların olduğu təyyarələrlə uzaqlaşmaq istəmirəm..

Sadəcə öz çılpaq, ayaqyalın ayaqlarımla....

понедельник, 11 июля 2011 г.

Epistemologiya....

1 deyinmələr

Adında məna axtardınsa və ya yazının bu adla əlaqəli olduğunu düşününüb oxumaq qərarını aldınsa,bağışla mövzunun bu ada heç bir dəxli yoxdu.Elə belə qoydum.Bəlkədə dəxli var..
Səhər gözünü qamaşdıran günəş şüası onu qıcıqlandırıb oyandırdı.Bu da az deyilmiş kimi gecədən qurduğu saatıda anqırmağa başladı!gecə elə tvnin qarşısında yuxu onu qollarının arasına alıb öz dərinliklərinə aparmışdı.Ona görədə tv açıq idi.diqqətlə tvyə baxmağa başladı.Lap çaşıb qalmışdı.Onu belə vəziyyətdə kloun görsə bələ ürəydən qəhqəhə çəkib gözlərindən yaş axana qədər gülərdi.Tvdə nümayiş edilən sənin düşündüyün kimi ölkəsində müharibənin başlaması,sevgilisinin gecə ondan ayrıldığına görə intihar edib onsuz həyata tüpürməyi yada heç atasının loteriyadan pul udaraq ora qonaq olması deyildi.Tvdə baxdığı sadecə hava proqnozu idi.Heç özüdə niyə belə maraqla baxdığını anlamamış,işıqlar söndü.Həmişə olduğu kimi bu səfər adəti üzrə adiatı qurumları lap ürəydən söydü.
Paltarını geyinmək üçün ayağa qalxdı.Birinci( o həmişə belə eliyirdi) corablarını geyindi.Tam geyinib qurtarmışdı birdən tərs geyindiyini otaqdan elə bil kimsə ona pıçıldadı.Deyinə-deyinə yenidən soyunub geyindi.Şalvarını geyinməyə cəhd etdi.Elə bu istəkdə həmin cəhdlə buxar olub havaya qaırşdı. 2 ayağınıda eyni balağa soxdu müvazinətini saxlaya bilməyib döşəməyə yıxıldı.Bu gün hər şey tərs başlamışdı.Və günə başlamadan həyata 4-0 uduzurdu.
Hər nə isə çox yazanda ürəyim bulanır.Elə yazını yarımçıq qoyub vərəqləri parçalayıb çeynəməyə başlıyram.Zarafat eliyirəm inanma.O qədərdə başdan xarab deyiləm.Çeynəmirəm onları doğruyub sonra uduram.Həqiqətn çeynəmirəm amma uduram.
Hərdən fikirləşirəm yaşamağımda bir dəyər yoxdu.Mən elə bil leyləklərin başqa dünyadan səhvən bura gətirdiyi bir yad planetdiyəm.Bilmirəm amma hamı deyir ki,öyrəşəcəksən həyat əmi sənidə yonub öz qanunlarına tabe edəcək.Deyirlər həyat əmi çox gözəldi.biz evdə oturmaqla həyat əminin xoşbəxtlik adında olan qızını tapa bilmərik.Nəblim mənə görə həyat əmi heç yaxşı adam deyil.Yaxşı adam olsaydı Həyat əmi bədbəxtlik adını verdiyi oğlunu xoşbəxtlik adını daşıyan qızından çox istəməzdi.Mən hələ xoşbəxtliknən tanış olmamışam.Amma qardaşı bədbəxtliyi çox yaxşı tanıyıram.Elə səbəbdə budu bədbəxtlik bacısı xoşbəxtliyi mənə qısqanır.O istəmir ki biz görüşək birdən aşiq ola bilərik deyə.Day bilmir ki mən çox gözəl olanları heç vaxt sevmirəm.Həqiqətən çox gözəl olan bir insanın mənə görə sevgisi pafosdu.Bilirsən niyə adam onda həmin insanın əsiri olur.Daim onu qısqanır.Səndən daha yaxşısının onu əlindən alacağı qorxsu savannada vəhşı çaqqal sürüsü ilə tək qalmaq kimi bir şeydi.Yadıma bir anektod düşdü.Əgər danışmasam 1 həftə yata bilmərəm.Bir gün bir balaca qız uşağı(Saçları sarışın buruq-buruq,bir azda pırpız,gözləri dənizin mavisi-nə vaxtsa uşağım olması qərarını alsam bütün uşaqlar evini gəzib belə bir qız uşağı övladlığa götürəcəm)dostlarıynan oynamağa başlıyır.Üstündən 10-15 dəqiqə keçməmiş anası eyvandan dəniz deyə onu səsliyir(Övladlığa götürdüyüm qızımın adı dəniz olacaq-Axı mən dənizi çox sevirəm.).Oda başını qaldrıb hə mama eşidiyəm.Dəniz qızım gəl evə istidi.Evimizdə çox istidi deyir dəniz.
Bu anektodun arxası yadımnan çıxıb.Heç cürə yadıma sala bilmədim.Ama düzü mən bu anektoda düz 15 dəqiqə dayanmadan gülmüşdüm.
Çox adam mənə deyir ki,ağlıvı yığ başıva a bala get universtetivi oxu qəşəng qızlarla tanış ol maşallah yaraşıx səndə ağıl kamal səndə,sənə qalıb dövlətnən ourub dövlətçıilik eləmək?!
Həqiqətən mən vaxtından əvvəl qocaldım.Hər gün evdən çıxanda şöhrət ordenlərini sinələrindən asmağa özlərinə borc bilən və həmişədə söhbətləri siyasətdən olan istifadə vaxtı bitmiş veteranlardan heç fərqim yoxdu.Onlarda boş-boş danışırlar məndə.
Başa düşə bilmirəm ki,bu qədər insanı hansı maymaq inandırıb ki həyat gözəldi yaşamağa dəyər.Hamınında əlində bu etalon və hər dəfəsində soxurlar insanın gözünə.
Szə bir sirr açım.Xoşbəxtlik yoxdu heç həyatda gözəl deyil.Bu qədər didinmiyin həyat üçün!.
Hə yuxarıda yazdığım hekayənində axrı belə olur ki,həmin gəc bir gün özündə güc tapır.Vanna otağına çimmək məqsidi ilə evdəkiləri aldadır.Və özüdə vannanın içində qurduğu kameraya qabaqcadan həyatın mənası boş olduğunu hazırladığı məruzə ilə danışır.Sonrada intihar edir.Valideynləri Ölüm həzzindən əks səda verilən iniltiləri eşidir.Və qapını qırrlar.Anasının Ürəyi elə ordaca partlıyır və gəbərir.Atasıda ondan sonra əyyaşın biri olur kimi görür oğlunun və arvadının şəklini göstərərək onları görüb görmədiklərini sorşur.
Mən bir dəfə onu Xətai stansiası yaxınlığında görmüşdüm.Hər şeyi Ona danışmaq istədim.Amma o mənə inanmadı.
Mən nə səfeh nə gicbəsr adamam eee! BY:ÜsyaN

воскресенье, 10 июля 2011 г.

Tənhalığımla Söhbət

0 deyinmələr
Ürəyim sıxılır , darıxıram ..Bilmirəm kim üçün, nə üçün ? Bilmirəm bu sevgidi yoxsa keçmişim? Bilmirəm bu sənsən yoxsa sənin kölgən ? Qaçıb getmək istəyirəm bu cəmiyyət adlı  cəhənnəmdən  amma bilmirəm kimlə , bilmirəm necə ?!  Mən ,sən və ya o.. Tənha bir ada , tənha bir ölkə  və ya tənha bir sevgi ...
    Hər gün bir cür oluram..Hərdən sevinc səni itirdiyimə  görə ,gülürəm sənin arxanca.Hərdən də peşmançılıq , kölgən canlanır : gülür mənim arxamca..
  Soruşma dərdimin nə olduğunu , heç özümdə bilmirəm.Tapmağa çalışdım , tapa bilmədim .Sən çalış tap!! Sətirlərim mənə kömək eləmədi, bəlkə sənə elədi?! Demə mənə :Qəribələşmisən !! Bu mənəm elə ..Bu gülən üzün altındakı rəngsiz maskadır.Bu güzgünün digər üzüdür .Bu təklik və sevgidir...Demə mənə :Dəyişmisən !! Mən elə olduğum kimiyəm ..Bəlkə sən tanımamısan, bəlkə də tanımaq istəməmisən ..Bezmisən və getmisən ..
   Artıq ona da inanmıram , çünki özümə də inanmıram .Var ki görəsən o ? Artıq bədənim yorulub ,ruhuma çata bilmir ..Ruhum azadlıqda olsa da qəfəsim üçün yaman darıxıb deyəsən ..
   Hərdən gəzə bilmirəm ,həyata öyrəşmiş insanlar kəsir yolumu ..Mən yenə də tənhalığın çıxılmaz küçəsində ..Hər kəs deyir :Kef həyatını yaşa ! Amma ki,həyatım həyatdan kənar qalıb..İstəməzdim mənə həyat verəsən , bəlkə bu həyatı məndən alasan ?? Artıq fikirlər, sətirlər üçün hərf tapmır yazmağa ki ,bu cümlə olsun və məni anlayasan ..Qələmimdə küsüb və çəkilib vərəqimlə bir küncə , onları da qaçırdım özümdən ..
  Bilmirəm niyə?? Mən insanlara nifrət etdikcə ,onlar məni daha da çox sevir !! Bilmirəm  niyə? Son illərdə bilmirəm mən hamıdan uzaqlaşmışam , yoxsa hamı məndən uzaq düşüb ?! Hamı mənə düşmən kimi baxır ,bəlkə də mən hamını düşmən kimi görürəm ?!
  Elə bil həyatın gediş kartın itirmişəm ..Həyat - xəstəxana kimidir..Mən,... gözlər ,..tənha palata ..Nifrətim sevginin kuliminasiya nöqtəsinə yetişir bəzən ..Bəzən də aqressiya m yığılıb içimdə elə qalır ki, çığırtım Everestdən də yüksəklərdə gəzir ..Deyirdim : Unudacam ..Deyirdilər: ZAMAN unutduracaq ..Amma unutduğum zaman idi..Hərdən mənə deyirlər :Nəyə görə ? Nə səbəbə ? Ona görə ?? Ondan həyatda min dənə ..Mən isə:Ondan həyatda bir dənə idi..indisə yoxdu..
   Məni heç kəs anlamadı , heç kəs sevmədi.. Görəsən niyə ? Görəsən sevilməli adam deyiləm ? Niyə də sevsinlər ki ? Nə maraqları olsun ki sevməyə ? HƏƏƏƏ??!! Mən eybəcər , mən bədbin , mən dərdi-sər, mən özündən razı.. Kimin canına düşürəm ya onları  bezdirirəm , ya da özüm bezirəm..Elə bil virusam.. Niyə görə  çalışıram hər kəs məni çox istəsin axı , bu mümkün deyil, bunu özüm də yaxşı bilirəm ...?!
   Niyə məhz mən belə yaradılmışam..Əgər mən zülm çəkəcəyəmsə , niyə məni belə yaratdın ? Niyə məhz mən ?.. Niyə sən yox ?!..Niyə siz yox ?! Niyə biz yox ?! Niyə məhz mən ?!
   Mənim heç kimlə işim yoxdu..Mən özümdən çox bəlkə də sizi tanıyıram ..Siz insanlar isə : "ŞÜKR ET, NAŞÜKÜR OLMA ,PESSİMİST OLMA ,ALLAH BELƏ MƏSLƏHƏT BİLİB , HƏR ŞEY DÜZƏLƏR " deməkdən başqa heç bir şey bacarmırsız..Heç nə də düzəlmirrrrrrr..... Mən isə hər gün yox oluram...    
diger yazilarim asagidaki linkde  
http://www.facebook.com/home.php#!/pages/Rad-Official-page/100633400030092

пятница, 10 июня 2011 г.

Həyat kimə görə nə deməkdi?!(kiçik esse)

1 deyinmələr
 Bunu bilmək üçün dərhal bizə zəng edin, əlaqə nömrəsi 000-00-01, nəisə yeri olmasada elədim bu zarafatı, deyinmək lazım deyil ilk baxışdan onsuz iş-işdən keçib, iş hamımız üçün keçib, bircə ahımız gedib vahımız qalıb, heç deyəsən o da qalmayıb. Bu gün ki, mövzuya qalanda marşutda Herta Müllerin “ Nəfəs Yelləncəyi “ əsərini oxuyanda ağlıma gəldi, yəqin güman olunur ki, o kitabda bu yazıya səbəb olacaq sözlər oxumuşam, xeyr, Herta Mülleri dəxilsiz yazdım bura, məqsəd elə budur, düşüncələri dəyişdirmək, sına-sına olsada,  bir açıdan yox, başqa açılardan da baxmaq və ya düşünmək. Belə cümlələr yazsam bilirəm yorucu olacaq, ona görə dərhal keçirik mustafaya...” Həyat kimə görə nə deməkdi? ”, bunu özümə sual qoyub yazıya başlayıram... İlk özümdən başlayacam, çünki pis gedişat olacaqsa qoy birinci məndən olsun, yatmağı sevən, hər cür imtahandan zəhləsi gedən, kartda “ bura “ oyununu oynamağı sevən, maşın sürməyə nifrət eləyən mənə görə həyat, eyvandan baxan qaçqın uşaqların, eyvanlarının altından keçən qızın başına sulu ağızlarından çıxartdıqları alça tumlarını atması deməkdir, səhərin özü belə yuxudan qalxmamış bloklarına düşüb,binalarından öz işlərinə gedən adamlara “ bomba “ oğlan sayağı salam verən, məhlənin aftoritet balası üçün həyat, çayxanaya gedərkən tanıdığı özü kimisinin maşınını saxlatdırıb, “ ataş məni oracan buraxa bilərsən? “sualının qarşılığında “ otur getdik ” cavabını almasıdır, evdarlıq adıyla əri işə gedəndən sonra məhləyə arvadların yanına düşən, telefonlarda da laqqırtı vurmağı sevən evdar xanımlar üçün həyat, göyərtinin üçünün qiyməti 30 qəpik olduğu təqdirdə, 20 qəpiyə alandan sonra evə qayıdarkən rast gəldiyi tanışı ilə bu haqda danışmasıdır, 1984 model, faraları sınıq, kapotu əzik, yan güzgüləri sökülmüş, yan tərəflərində kraskası qopmuş olan 06, 07,  0 11 sahib olan sürət xəstəsi qaqalar üçün həyat, maşınına əl gəzdirmək yox, içində bircə pioneer maqintafonun olması ilə, maşının rolunu tək əliylə tutmasıdır həyat, qonşuluqdakı sovet dövründə itkin düşməsi ilə bura gələn Andrey dayı üçün həyat, matorsuz qayıqla dəniz ortasında tutduğu kütüm balığını, məhlədəki kranın altında pullarını təmizləməsidir. Axır vaxt yol qırağlarının söküntüsünə şahid olmusuz yəqin, səhv eləmirəmsə kabellər çəkilir, ya işıq dirəkləri üçün ya da nəblim nə üçün.... Həmən yol qırağında işləyən, məcburiyyətdən daşı daş üstünə qoyanda dodağının altında 100 dəfə deyinən, isti günün altında evdən gətirdiyi termuzdan fasilə vaxtı tökdüyü çayı içən fəhlələr üçün həyat, günün beyni qızdırdığı vaxt səkidən keçən, mini yaxud dar şalvar geyinən qızın(orqanlar arasında ayrı seçkilik etmədən) istənilən nöqtəsinə baxmasıdır( başqaları olsaydı indi yazmışdı “ dalına”, xeyr, həmən an qızın istənilən nöqtəsi bir orqan kimi görsənir), kompyuteri olan və ailədə iki qardaş olan qardaşlardan balacası üçün(hardasa 12-15 yaş) həyat, evdə tək qalarkən gündüz vaxtı televozorda göstərilən xarici serialdakı öpüş səhnələri ilə, google-dəki sexy fotolardı(yox porno filimlər deyil, çünki “watch” vermək vaxt itkisidi ona görə), rayondan gəlib, amma hətərəm-pətərəmliyini üstündə daşıyan, sir-sifətinə baxsan elə mal-qara otarmaq üçün doğulan qıjı oğlan üçün həyat, metronun çıxışında və ya elə içində özü kimi yüngül birisinin nömrəsini alandan sonra dostlarına “ qıznan yatmışam” deməsidir(onlar üçün bu sözdən sonrakı həyat isə ətrafındakıların ona həsəd aparması zamanı qıjı oğlana verdikləri “ oyda sən neyləyirsən ə? Bunu necə elədin ə? kimi suallarıdır), glamur tələbə qızlar üçün həyat, brend markalı dükanları gəzməkdir(mənə bunu ləzzət eləyən cəhəti başqadır, onlar bir mayka almaq üçün, bütün dükanları gəzirlər, bu gəzməklə padruqalarıyla bütün həyatı haqda danışırlar, bığlı qızlar üçün həyat, yaraşıqlı oğlanın onlara yaxınlaşarkən verdiyi hislərdi, yola kənarında, öz sökülən maşını ilə şəhərə öz bağ məhsulunu satmağa gələn satıcı üçün həyat, satdığı məhsulu olduğu qiymətə satmaq və birdə PPX əməkdaşlarının bir gündə olsa mərdimazarlıq etməməsidir, mənim papama görə həyat, uşaqlarının bir gündə ondan pul istəməməsidir, əsgərlikdən təzə-təzə gələn biri üçün həyat, əsgərlik macəralarına diqqətlə qulaq asan adamın özüdür, kollecdə arxa partada oturub, müəllimin gözündən yayınmağa çalışan qız üçün həyat, dərsdən çıxıb evə gedərkən yolda başına gələn hadisələri axşamüstü padruqasına ev telefonuyla danışmasındadır, boş-bekar, işsiz olan bir kişi üçün həyat, günorta vaxtı məhləsindəki oturduğu stollu skamekada onunla nərd oynayacaq qonşusudur, 5 yaşlı uşaq üçün həyat, anasının ona verdiyi pulla dondurma alandan sonra öz yaşıdları ilə oynayarkən " bax mənim dondurmama..." deməsidir, kasıb ailəsində böyüyən uşaq üçün isə həyat, bir gecə atası evə gələrkən əlində " Coca-Cola " ilə içəri girməsidir, səhərdən axşamacan turnik üstündə əlləşən dar köynəkli, burundan əyri qaqaş üçün həyat, brus eliyərkən anasıyla keçən qızın fikri başqa yerdə olsada, ona baxmasıdır(bu baxış oğlan üçün xeyirdir, məs, 15 dənə eləyib düşəcəkdisə, artıq qız gözdən itənə kimi eliyəcəkdi, buda hardasa 30-a gəlib çatacaqdı), qrupda rayonlu gədələr içinə düşən rocker üçün həyat, patok içində özü kimi birisini tapıb, onunla eyni parta arxasında oturmaqdır, daimi müştəriləri olan fayişə üçün həyat, bir gecə həmən müştərilərindən yatmadan pul almasıdır, səhər tezdən dayanacaqda şirkət maşınını gözlüyən işçilər üçün həyat, işdəki obed vaxtını bildirəcək zəngin çalınmasıdır, ya da dayanacaqda gözləyən oğlan üçün həyat, tək gedərkən eyni marşutda qəşəng qız tanışını görəndən sonra onunla, ətrafdakı oğlanların baxışı içində söhbət etməsidir(bu ona stimul verir, hələ qızın yol pulusunu vermək 2 qat), məktəbin ən yaraşıqlı oğlanı ilə dost olan kök qız üçün həyat, oğlanla tənəffüsdə danışarkən yanlarından keçən qızların onlara baxarkən partdamaq hisləridir(bu bizim millətə az xas olan xüsusiyyətdir), çoxlu qızla danışann və bu qızlardan birni evə aparmağı razı salan şəhər oğlanı üçün həyat, bir günlükdə olsa boş ev tapmasından sonra gecədən səhərə kimi yata bilməməsindədir, məzuniyyətə gəlməyən əsgər üçün həyat, onunla telefonda danışan qıza, qızla " nələr etmək istəyini " əsgər yoldaşları ətrafında diktafonla rahat şəkildə danışmasıdır(və bu ilk belə danışıqdan sonra sabahsı gün onun o birilər arasında potensial artımına səbəb olur), bunları yazmaqla kimlərisə əsmək deyil məqsədim, sadəcə olanları yazmaq....

четверг, 9 июня 2011 г.

Menasız yazı

0 deyinmələr

Güzgünün qarşısında kor kimiyem ozüme baxsamda,
Heyatın negmesinde kar kimiyem azsamda,
Yazsamda çoxlu şeir, men kimem ki, istedadsiz aciz İNSAN!
Üreyimde böyük duman,
Edir üsyan gündən-günə
Eşitdikcə haramları, yalanları
Sakit terzde, amma bezen çox esebi,
Beyine vurmasa qezebi eslinde o sakit insan çox saf insan
Zülm gördükcə nifrət edir həyatına,
Susa-susa yola verdi 16 il,
Qaça-qaça sağa-sola verdiyise ömür deyil!!!
CƏHƏNNƏMDİ
Əlimdəki kitab ilə sürünürəm faydası yoxx!!
Kasıblarçün çox qayda var varlılarçün qaydası yoxx!!
Soyux qarlı qış gecəsi,
Yox heç yerde İNSAN sesi
Menden başqa...
Çığırıram, qışqırıram OYAN İNSAN
Bu gün qiyamet günüdür
Duyanmi var sayanmi var yalvar yaxar etsemde faydasi yox
Onlar kimi eyri yola getsemde faydasi yox
Içimdəki insan ölüb, yaradanıma qarşı dönüb ireli getdim
Ama göyə bax namaz vaxtı!!!
Uçan qatar, boş xəyallar, Çoox uzaxdı,
Çatmıyacam mensiz gedin
Unut məni bu son görüş, mübarizə, savaş döyüş,
Anladım ki, faydası yox!
Yaşamağın menası yox...
ZAMAN susur!! Bu gün axır ki, dayandı,
Haqq, edalet gec oyandi.
Daha lazım deyil mene
İçimde usyan bedene.
Dillensene insan oğlu, utandınmı etdiyinden?!
Ama mense çox utandım,
Çox utandım sene görə özümə İNSAN deməkdən!
Günəş də bezib doğmaqdan, zülmət olub qaralıb,
Yay fəsli olsada belə yarpaqlar solub saralıb.
Heç sordunmu özünə bir kərə?
Həyatdan sənə nə qalıb...
Yorğun baxışlı gözlərlə baxdınmı heç yaşamına?...
Kilselerde dua etdin Şeytanın yanan şamına.
Eyni mövzulara toxundum...
Bunlar boş-boş nağıllardı dinleme sen “müdrik” insan
Mən yazıram mən duyuram mənə bəsdi...
“Əllərim olmasa belə, qulağım duymasa belə”(13.12.2010)

понедельник, 6 июня 2011 г.

Pox qayırmışam burda!

0 deyinmələr
Dünyada tırığ milyard qədər insan növləri yaşayır, insani insan, heyvani insan, heç biri...Sən hansındansan? Vapşe mənə nə sən hansındansan, yaxındansan, uzaqdansan, deyir əllərim əlivə dəymir nə vaxtdı, çünki əllərivi yumursan o vaxtdan bu yana kimi. Çünki iy gəlir, çatdıra bilməyib kolluğa milçəklər üçün göydən düşmə olan(əslində göydən yox bağırsaqlarundan düşən) püsüri silmək üçün kağız, su tapa bilməyəndə məcbur iş əllərivə qaldı. Dünyada hər şeydən danışılıb, bloglar var hakimiyyəti sikib buraxır, bloglar var götə girir, bloglar var mahnı qoyur, şəkil, video, telefon markaları, pornoo qoyanlar(bunları dəstəkləyirəm) kim, tək blogda yox ümumiyyətlə bu kompyuter sahəsinə aid olan virtual qəhbəxanasında hamı qəhbəlik edib, kimisi etməyib, başlanğıcı belə başladım ki, ardına göz gəzdirəsən...Qarışqadan danışmaq istəyirəm, o gün birini gördüm, nə qədər üfülədim yenə gözümün qabağına gəldi, sonra öyrəndim ki, bu qarışqaların "mamarozası" imiş...adı da Qarışroza imiş...İnternet kluba girmişdim, 10 neçə dənə stul varıydı, hamısı da ətrafı bağlıydı, girdim oturdum başımın üstündə yazılmışdı ki, "porno saytlara giriş qadağandır". Birdə gördüm yanımdakı stuldan, pərdə örtülü olsada nauşnikindən "ah, ah, fuck, yeah, of ahh" səslər gəlir, elə bu anda baş stulda oturan nəzarət edirdi, gəlib qaqaşı tutdu(qaqaş deyəndə 6 yaşdı uşaq idi), başladı əsəbləşdi " görmürsən nə yazılıb? olmaz belə saytlara, özüdə qadağandır yazılıb başıvın üstündə davay bas basyıra, bu millətə söz keçmirdə...".Nə isə durub baş stula yaxınlaşdım, qaqaş gəldiyimi görmədi, gördüm qaqaş şalvarını dartışdırır, kompyuterə baxanda gördüm sex nə sex, özdə kollektivindən...dedim qaqaş düz deyir " bu millətə söz keçmir "...Özü deyib, özünü yedizdirən millətdən nə gözlüyəsən?...O günləridə qrupumuzda qırğın gedirdi, qrup yoldaşım mənə sual verdiki "məhlədə biri lüt gəzsə neyləyərsən ona?" dedim ala heçnə..Oğlanın başının üstündən qaynar su tökdülər elə bil, dedi "bəs anon, bacunla keçsən?" dedim heçnə anamı, bacımı elə apararam ki, görməzlər onu..Oğlan mən onlara heçnə eləmiyənə peysəl kimi baxıram.
P.S bilirəm qaqaş sözü burda mənə soxdu, ardını oxuyun sonra bilin peysələ atdım yoxsa yox...
Dedim mənə dedin də hə? Dedi yoxe mən belə baxıram, dedim ok... Sonra başladım nə başlamaq? Dedim qaqaş anon seriala baxır? dedi " hə" dedim mən bu axır 10 ilin seriallarında erotik səhnələr görürəm, məndə elə səhnələrə baxan ananın oğluna peysəl kimi baxıram demişdim ki, oğlanın başından ikinci dəfə qaynar su tökdülər...Zəngdən sonra məni çəkdi təkcə qırağa dedi " Emin yaxşıda gəl geri qaytaraq ikimizdə, hər kəs necə yanaşır elə yanaşsın, mən sənin çöldə lüt gəzənə münasibətivə görə heçnə demirəm, dedim ok"....Blin bu dedim dedim sözlərin yazanda özüm bezdim....İnan ki, dost hər şey maraqsızdı, indi nə olursa hamısını qabağcadan bilirsən, hardan gəlib çıxdı bu ağıl bilmirəm.Düzdü bu ağılı 5-inci mərtəbədən atsalarda içində manqurtunu yenə tapmaq olar, özüdə nə olar...
Bu kişiyə qalanda söhbət onsuz başdan dəxilsiz gedib, səkilidə dedim ona uyğun qoyum. Bu kişini gələcəyim kimi görürəm, uje utanıram bu dünyayabir şey verəndə, hələ fikrim var kitab çıxartdırım, bu dünyadan ondan xeyir götürənidə olacaq, inan bu qədər .......... olan dünyaya xeyir heçnə vermək istəmirəm. Bu yaxınlarda ağlıma bir şey gəlib əvvəl döyüşən adama axırda taxta qılıncla, palıd yarpağı verirdilər ki, bu artıq hər kəsin tabeçiliyindən çıxıb azad insandır indi ona uyğun tərz axtarıram. Universtitetdən qovdursam özümü əsgər aparacaqlar, əsgərliyə getməsəm türməyə salacaqlar, türməyə getməsəm zor tətbiq edəcəklər, qaçıb başqa ölkəyə getsəm o biri ölkədəki airaportdakı saçaqlılar tutacaqlar, tutandan sonra geri qaytaracaqlar, geri qaytarmasalar əlimə verəcəklər...Pox-püsür. Evdən qaçsam axtarışa verəcəklər tabe olmasam yazmışam yuxardakıları təkrar təsəvvür elə. Dilənçi olsan güləcəklər(gülməkləri belə mənim nə sikimə), gülmək yoxe bit-birə sonra gəl qaşın...Evdəkilərlə dalaşıb çıxsan dərsə gedəndə 5 manat yox 2 manat verəcəklər, üstündə də deyəcəklər "özüvü yaxşı aparsan 4 manat verəcəyik"...Qızda sevmək istəmirəm ki, ala axrı zibil...Uzanacaqsan uzanmaqdan sıxılacaqsan, gəzəcəksən gəzəkdən sıxılacaqsan, yeyəcəksən yeməkdən sıxılacaqsan, baxmaqdan sıxılacaqsan, sevişməkdən sıxılacaqsan, tökməkdən sıxılacaqsan, gülməkdən ala hər şeydən..Salla getsin!
older post