Puldan uzaqlaşmaq istəyirəm ..Pulun olmadığı bir yerə getmək istəyərdim...Pula görə namusunu ,şərəfini satıb, "Lexsus", "İnfinity","Porsche" alan insanlardan uzaqlaşmaq istəyirəm..Pula görə qardaşın qardaşa düşmən olmadığı bir yerə getmək istəyirəm..Pula görə sənə hörmət eləyən insanlardan qaçmaq istəyirəm ...Pula görə sənə yaltaq olan saxta qardaşlardan ve sənə "sən qardaşsan "sözünü deyənlərdən uzaqlaşmaq istəyirəm..Uzaqlaşmaq istəyirəm heç nəyin qarşılığı olmadığı bir yerə, qarşılıqsız dünyaya..Sənin üzünə gülüb, arxanca "palaskatlayan " ikiüzlülərin olmadığı bir yerə getmək istəyirəm..
Dinsiz , kitabsız , ALLAhsız bir yerdə olmaq istəyirəm ..Dünənə qədər "qoluboy" , bu gün molla olub millətə ALLAHI, kitabı başa salan insanlardan uzaqlaşmaq istəyirəm..Dünənə qədər "ucuz fahişə"dən başqa bir şey olmayan və bu gün "ere getmək" üçün başın bağlıyıb ,adını təmizə çıxardan qızlardan və buna aldanan oğlanlardan uzaqlaşmaq istəyirəm ..
Sevgililərdən uzaqlaşmaq istəyirəm..."Nişan üzüyünü" sevgi adlandıranlardan uzaqlaşmaq istəyirəm ...."Bir qızılgüllə" sevgi sübut eləyənlərdən uzaqlaşmaq istəyirəm..Eskalatorlarda az qala bir-birilərini yeyən sevgillilərdən kənar gəzmək istəyirəm...
Gənclərdən uzaqlaşmaq istəyirəm..Başı boşluqdan uzaqlaşmaq istəyirəm...Olmayan gəncliyimizin "Gənclik günü"nü keçirən gənclərdən uzaqlaşmaq istəyirəm .."Gənclik"in ancaq metro olduğunu bilməyən gənclərdən uzaqlaşmaq istəyirəm..Azadlığı qəzetlərin siyasi xəbərlər bölməsində axtarıb, tapan gənclərdən uzaqlaşmaq istəyirəm..Həyatlarını idarə edə bilmiyib dövləti idarə etmək istəyən gənclərdən..Dərdlərini,problemlərini siqaret tüstüsündə boğduqlarını sanan gənclərdən uzaqlaşmaq istəyirəm ..Ancaq insancıqlarını düşünən gənclərdən geridə qalmaq istəyirəm ..Kişiliyi 19 ildir ki,ləkələnən ölkənin gənclərinin "kişi-Kişi"söhbətlərindən kənarda qalmaq istəyirəm ..
Özümdən uzaqlaşmaq istəyirəm..İnsanlara, həyata olan nifrətimi ürək divarlarından söküb atmaq istəyirəm ..Hər dəfə insanlara baxdıqca özümün də insan olduğundan özümə olan nifrətimi yox etmək istəyirəm..
Uzaqlaşmaq, sadəcə uzaqlaşmaq....Heç bir transportların olmadığı bir yolla..Nə blutuzla min oyundan çıxan insanların olduğu metro ilə, nə zəhlətökən dispetçerlərin olduğu marşrutlarla, nə də ki exlaqsız stüardessaların olduğu təyyarələrlə uzaqlaşmaq istəmirəm..
Sadəcə öz çılpaq, ayaqyalın ayaqlarımla....
0 deyinmələr:
Отправить комментарий