пятница, 8 апреля 2011 г.

Xoşbəxtlik İksiri

Dünən yuxuda xoşbəxtlik gördüm.Çox gözəliydi.Vuruldum elə ilk baxışdan.Sənin arzuladığını gördüm artıq yuxuda.Bİlirsən,Mən "Xoşbəxtəm"!Necə olduğunu deyim?
Hm..Bu bir az baha başa gələcək sənə ama.Ucuz yox,çünki ucuz ətin şorbası olmur.Və mövzu belə önəmli şeyə gəldiyində daha da baha!Bu işi tək mən görmüyəcəm ama.Biz şərikik onla.O bütün qaydaları deyib mənə.Mən yalnız səndən maddi gəlir güdəcəm,amma o mənəvi.
Çünki qazancın da mənəvidir,DOST!Dəhşət kapriznidir,ilk başdan deyim,amma döz də!İllərdir dualarında axtardığını mən yuxumdan danışıram sənə!Demək ki axtardığın göylərdə deyilmiş!Nəysə,çox uzatmıyım.əvvəlcə əlində nə varsa oları ver ona!Beynindəkiləri də elə!Tamam olaraq lüt olsun ruhun.Və daxilin və mənəviyyatın!Bir də bir şey yaddan çıxdı.Özünün nüsxəsi lazımdır ona!Bu bilirəm ki və bilirsən ki olardadır!Ona görə lap əvvəlcə özünü özüvə qaytar.Yəni ki,özün ol!Daha sonra isə yuxarıdakılar.Bitdi.Elə bu.
İndi nə deyirsən hm?!.Xoşbəxtlik arzun ölmədisə elə sabahdan başla!
Dəyişməyə və mübarizəyə!Sonluq isə həmişə nikbin olmalıdır!Hər şey yaxşı olacaq,inan! :)

0 deyinmələr:

Отправить комментарий