суббота, 30 апреля 2011 г.

Qaranlıqdan "İŞIQ"-a!

Uzun müddətdir indi yazacaqlarım barədə düşünürdüm.Hər şeyə bir sual işarəsi qoymaqla araşdırmağa başladım və nəticə etibarilə demək olar ki tapmışam.Ən başda nə qədər ümidsizdim bir tanrı bilir bəlkə,bir də mən.Hər bir hadisə mənə həyatımda heç nəyi dəyişdirə bilməyəcəyimi göstərirdi.Ardıcıl uğursuzluqlar,ardıcıl məğlubiyyyətlər və talenin pis təsadüfləri.Və bir gün ayıldım ki heç nə istədiyim kimi irəliləmirmişş..Amma ətrafımda isə bu uğursuzluğa düçar olmağımın tək səbəbi olaraq özümü gördüm,başqa heç kəs və heç nə yox idi.Təbii ki bir müddət depressiya və nəhayət ki ayıldım.Başlamaq lazım idi bir yerlərdən bu dəyişməyə və mübarizəyə.Mübarizə əvvəl də var idi amma passivcəsinə.Sanki adını orduya yazdırıb da müharibə vaxtı səngərdə əyilən əsgər misalı idi mübarizəm.
Gələn isə güllələr idi və mən isə qorunmurdum sanki.Nəysə.İlk addım olaraq özümü güclü göstərmədən başladım.YALAN.Bu şeyin mənə xeyrindən başqa heç nəyi dəymiyib.Amma dozalı yalanlar.Həmçinin addımlamağa da başladım.Həyatımda ən çətin mərhələlər idi.İnamsızlıq və ümid paralel olaaraq böyüyürdü içimdə.İlahi!Daxili xaosss...Paradoks istəklər və addımlar.Yalan manevrlərlə doğru yol axtarırdım,amma geriyə yol yoxdur deyəsən.Düşüncələr və vicdanım mənimlə oyun oynuyurdu,artıq hər qərarımda şübhəli olmağa başladım.Bu tennis idi sanki.Bir tərəfdən azad və sərbəst olmağı arzu edib,addımlayarkən digər tərəfdən də düşüncələr “Yox,sən bacarmazsan!”,deyirdilər.Beynimin sağ və sol yarımkürələri paylaşa bilmirdilər bu düşüncə topunu.Və məni düşündürən ən böyük sual da hələ cavabsız idi.Tanrı mənim həyatımı dəyişməyimi istəyirmi bəs?Alın yazısı kimin əlindədir?Və bir gün öz təxəyyülümün məhsuluna inanmağa başladım yavaş-yavaş.Tanrı göydə bir lövhə yaradıb və mənim həyatım orda yazılıb.Sonra isə sadəcə mənim varlığımın mövcudluğunun orda qeyd edilməsinə inanmağa başladım.Həqiqət də bu idi:”Həyatım əllərimdədir”!

0 deyinmələr:

Отправить комментарий