вторник, 19 апреля 2011 г.

Yol




Kaş bu yollar bimese heç,
Zaman dayansa da çox gec.
Deyişmez ki, olub biten,
Gelen geden hami yaddı.
Meni ümidlər oyatdı,
Sonra isə özü yatdı...
Yatan ümidleremi bağlanım?!!
Zaman deyilmiş dərmanım!!!
Söyüldukcə susdum yenə,
Sevgide uduzdum yenə.

Nifret eledim her günəş oyandıqca,
Həyatımız içi zibil dolu sandıqça!!!
Sakitliye sanki ses-küy kimi gəldim.
Həyat yerə çırpdıqca dirçəldim.
Ürəyim açıq olsada çox kinliyəm!!!
Bu dünyaya verəcəyim hədiyyəm,
Ruhum olacaq ANCAQ,
Cismimse uçacaq,
Men son sernişin,
bu da son DAYANACAQ!!!

Yazılacaq alın yazımı silmişəm.
MƏN “KİLLER”əm
Günah da olsa bu mənim peşəm.
Neçə ürək əzdim neçəsini sındırdım.
Ölümümlə birgə hər şeyi dayandırdım.
Sevgi, müdür önündə heç zaman əyilmədim,
Ama bir zamanı dayandıra bilmədim.

Susuruq hər ədalətsizlik gördükcə,
Hörürük ürək divarı soküldükcə.
“Həyat bir pəncərə” deyib yola verdin,
Saf oldun hər oyuna gəldin.
Səni qınamırıq qanunlar belə,
Safsansa düşəcəyin son yer TƏLƏ!!!

Yay fəslim bitdi ama payız gəlmədi,
ALLAH da zühur etdi, insanlar düzəlmədi.
Əyri sandım tez dəyişdim doğru yolu...
Niyə GÜL həm ÖLÜM, həm də SEVGI simvolu?!!!

Ilahiyyat felsefesi bunlar qarışıq mövzular.
Bunlardan anlamaz indiki insanlar.
Etdikləri dualar məqsəd xətrinə,
ALLAHa sevgi cənnət xətrinə.
Səsimə səs ver ki, duysun dünyalar,
Bu dünyada yalnız namussuzlar ucalar
Sen ol əzazil müdür, men de qarşında bir qul!!
Sevgi eşidəndə ilk yadıma düşən pul!!!
Azadlıq istedim, önümdə gördüyümsə qaravul...

Gözlərim qanla dolub,
İçimdə cahan doğulub,
Düşmənlərim ağladıqca mən güc topladım özümə,
O çirkin gözlərini bənzətdim gözəl dənizə,
Sevgiyə baş əməmək  surreal ya möcüzə?
Bütün bunlar həyatımın traqedik səhnəsi
Hər dünyaya gələn olmur ALLAH BƏNDƏSİ!!!...

0 deyinmələr:

Отправить комментарий