суббота, 16 апреля 2011 г.

(adını siz qoyun-Scoffing yoxsa bezileri üçün sadece boş söz...)



Vətəni sevməyən olmaz dedilər, biz isə dünyada varıq.

Vətənə vergi verib, nifret edib, haram olan çorəyindən ZƏHƏRLƏNİB gec doyarıq.

Efirlərdə qurban olum hokmdara, ikiüzlü, zehermara qalan, saxta gülən sifət bizim!!!

"Qarabağım qayıdacaq, prezident əla siyasət yürüdür"--dilə gəldi mənim YALTAQLIQ dənizim!

 Çox sevirəm bu vətəni doğulandan,

Nəfsim ilə, rüşvət ilə həzz alıram hər bir andan.

“Girənlərin" sayı artır bu ölkədə, QARA QƏPİK görən kimi

Hamı CINDIR, hamı YALTAQ, ferqi yoxdu muəllimi ya həkimi!!!

Fəhlələrə qəpik-quruş, insafsızca aldadılır, başları həmişə QAPAZDA,

Mənim də yox fərqim sizdən, bu susqun AXMAQLAR kimi mən də hər gün BASABASDA!!!

Bizdə hər şey bolluqdu və ucuzluqdu, ama hələ yoxdu doyan!

Xəzərə gəl demişdilər könlü İKRA arzulayan. 

Gəldim, gəlməz olaydım KAŞ!!!

Dünən qaqamız rus idi, bu gün ingilisdi qardaŞ…

“Qarabağım qayıdacaq çox az qalıb”-AzTv-də canlı yayım…

Baxan olmasa da belə, uyarıram sizi yenə, İNANMAYIN!

                          Boş vədlər, boş islahatlar,

                           Ürək ağlar, üz rahatlar.

Evdəkilərdən soruşdum:_Qonşu sağdı? Nə xəbərdi?

                           Atam hirsli-hirsli dedi:

Halal yaşadığı üçün dünən açlıqdan GƏBƏRDİ!!!

Saxta alqış, iyrənc gülüş, ayağa qalxdı bütün ZAL.

Daxil oldu, dırnaqarası bir QAZİ, poqonundaysa GENERAL! 

Uşaq vaxtı arzulardıq göydən düşən damlaları və NURLARI,

Onu çox sevirdim ama Bakıda, iyrəndim görəndə QARI.

Bakım gülür, gah ağlayır, bəzən isə yoxdu huşu.

Göydə uçan salafanlar əvəz edib QARANQUŞU.

 Bundan artıq nə söyləyək, duyan duydu bilən bildi,

Qeyri millət üçün cənnət, mənimçün Bakı ZİBİLDİ!!!...(davamı var)    
(by Münzevi Kamran)

0 deyinmələr:

Отправить комментарий