воскресенье, 27 марта 2011 г.

Angel and Demon Love

Deyilənə görə Şeytanın qovulması tamamı ilə Allahın paxıllığı üzündən olub.Allah Şeytanı yaradandan sonra bir dənə də Mələk yaradıb,ağ libasda,saçları buruq-buruq,sarı rəngdə bir Mələk.İlk vaxtlarda Allah bunların ikisinə də xoşluq,paklıq,saflıq,mehribançılıq verib,gün keçdikcə isə ən böyük mücərrəd hissi "SEVMƏK" hissini verib və özündə onu elə tilsimləyib ki, onun toruna düşəni heç Allahın özü qurtara bilməsin.Elə bu hissi vermişdi ki, Şeytanla Mələk ilk bu tora düşüb,onlar bir-birlərinə aşiq olublar,bir-birlərini dəlicəsinə sevməyə başlayıblar,bir yerdə olurmarmış,qucağlaşırlarmış,arada da sevişirlərmiş.
Allahda bunları görüb özünə "İnsan" adlı oyuncaq düzəldib,bir növ başını qatmaq üçün, bu arada isə Şeytanla Mələk öz işlərində imişlər.Axırda Allahın paxıllığı tutub,Şeytanı yanına çağırıb və onu zülmətə göndərəcəyini deyib,amma Şeytan istəməyib,Mələkdən xəbərsiz.Şeytan Adəmlə görüşüb və başlayıb şikayətlənməyə,O, Allahın sanki qəddar qız atası olduğunu deyib,Adəmdə satqınlıq edib bu sözü Allaha çatdırıb,Allah isə Şeytanı istəsə də isməsə də, qaranlığa göndərib və Mələyi aldadıb ki, Şeytan Adəmi incidirmiş,zülmətə gedən vaxt isə Şeytan Allaha bu sözləri deyib "sən görərsən,bundan sonra sənə qarşı çıxacam,sən görərsən", o vaxtdan Mələk Şeytanın pis biri olduğunu bilib dana onu itirib-axtarmır,Şeytan isə Allaha dediyi sözlə məşğuldu...=)

0 deyinmələr:

Отправить комментарий